Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Yaqub Abdulla oğlu Eyyubov
Doğulduğu tarix və yer: 24.10.1945, Bakı şəhəri
Təhsili: ali, texnika elmləri doktoru, professor, Beynəlxalq Mühəndis Akademiyasının akademiki, Azərbaycan Mühəndis Akademiyasının akademiki.
Bitirdiyi təhsil müəssisəsinin adı: Azərbaycan Politexnik İnstitutu, aspirantura
Əmək fəaliyyəti:
18.02.1964-02.11.1964, Leytenant Şmidt adına Maşınqayırma zavodu;
27.11.1964-04.12.1968, ordu sıralarında xidmət;
24.10.1970-09.10.1972, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, institutun komsomol komitəsi katibinin müavini;
01.09.1972-01.01.1973, Azərbaycan Politexnik İnstitutu, baş laborant;
03.12.1973-15.11.1975, Bakı şəhəri Oktyabr rayon PK, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun partiya komitəsi katibinin müavini;
06.11.1975-06.06.1983, Azərbaycan Mühəndis-İnşaat İnstitutu, baş müəllim, dosent, dekan müavini, dekan vəzifəsini icra edən;
06.06.1983-29.02.1992, Azərbaycan Mühəndis-İnşaat İnstitutu, elmi işlər üzrə prorektor;
29.02.1992-14.03.1997, Azərbaycan Mühəndis İnşaat İnstitutu, “Qruntların mexanikası, bünövrələr və özüllər, yeraltı qurğular” kafedrasının müdiri;
15.03.1997-10.07.1999, Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, sədri;
10.07.1999-13.02.2003, Azərbaycan Respublikası Baş nazirinin müavini;
13.02.2003 - h/h, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP-ın Siyasi Şurasının üzvü, YAP Nazirlər Kabineti Aparatı Ərazi təşkilatının sədridir
Təltifləri: “Şərəf” ordeni (2015), Rusiyanın “Dostluq” ordeni (2015), Belarusun “Şərəf” ordeni (2015), “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965), V.İ. Leninin anadan olmasının 100 illiyinə görə medalı (1971).
***
Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Abdulla oğlu Mustafayev
1965-ci ildə anadan olub.
1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.
1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.
1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb.
1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.
1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.
2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.
2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.
2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.
2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib.
2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək İqtisadiyyat və Sənaye naziri olub.
2016-cı ilin yanvarın 15-dən 2019-cu il oktyabrın 22-dək İqtisadiyyat naziri olub.
22.10.2019 - h/h, Azərbaycan Respublikası Baş Nazirinin müavini
Təltifləri: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (2019), Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni (2020), “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı (2024).
Ailəlidir, 3 övladı var.
***
Azərbaycan Respublikası Baş nazirinin müavini
Samir Rauf oğlu Şərifov
1961-ci ildə anadan olub.
1983-cü ildə Kiyev Dövlət Universitetinin Xarici iqtisadi əlaqələr fakultəsini bitirib.
1983-1987-ci illərdə “Xarici nəqliyyat” Ümumittifaq Birliyinin Bakıdakı Kontorunda inspektor və böyük inspektor vəzifələrində çalışıb.
1987-1990-cı illərdə "Xaricdə enerji-tikinti quraşdırma" Ümumittifaq İstehsalat Birliyinin Yəmən Xalq Demokratik Respublikasındakı nümayəndəliyində mühəndis olaraq işləyib.
1991-cü ilin yanvar ayından oktyabr ayınadək "İNSAN" Dövlət Kommersiya Aksioner Cəmiyyətinin Direktorlar Şurasının sədr müavini olub.
1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi əlaqələr idarəsinin 2-ci katibi, 1-ci katibi, Beynəlxalq iqtisadi təşkilatlar və birliklərlə əməkdaşlıq şöbəsinin müdiri və idarə rəisinin müavini vəzifələrində çalışıb.
1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Valyuta tənzimlənməsi və nəzarəti departamentinin direktoru vəzifəsində işləyib.
2000-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankının baş direktoru vəzifəsində çalışıb.
2001-ci ilin yanvarın 3-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin edilib və bu vəzifədə 2006-cı ilin aprelin 18-dək işləyib.
2006-cı ilin aprelin 18-də Azərbaycan Respublikasının maliyyə naziri təyin olunub və 2025-ci ilin yanvarın 10-dək bu vəzifədə çalışıb.
10.01.2025 - h/h, Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin olunub.
Təltifləri: “Şöhrət” ordeni (2021), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı (2018), "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı (2023)
Ailəlidir, 3 övladı var.
***
Azərbaycan Respublikası Baş nazirinin müavini
Teymur Yusif oğlu Musayev
16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.
1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə;
1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi medalla bitirib.
1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub.
1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Tələbə olaraq elmi araşdırmalarla fəal məşğul olub, Azərbaycan Tibb universitetinin Tələbə elmi cəmiyyətinin aktiv üzvü olub.
1993-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsini bitirib.
25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb.
2003-2004-cü illərdə Fransanın “Universite Strasburg 1” Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub.
2013-2015-ci illərdə “Riga İnternational School of Business and Economics” və “Riga Stadins University” birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında “Master fo Health Management (business executive)” magistr dərəcəsini alıb.
1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib.
1997-2001-ci illərdə H.T.P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib.
2001-2003-cü illərdə “Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb.
2004-2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq;
2006-2015-ci illərdə N.Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb.
2015-2016-cı illərdə “Baku Dobromed Hospital” özəl tibb mərkəzinin tibbi direktoru işləyib.
2016-2019-cu illərdə “Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb.
2019-2020-ci illərdə İtaliya, Komo şəhəri, “Potenziativa Clinic”də tibbi direktor vəzifəsində çalışıb.
2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri;
23 aprel 2021-ci il tarixindən Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərini icra edib.
19 yanvar 2022-ci il tarixindən 19 oktyabr 2026-cı ilədək Azərbaycan Respublikası səhiyyə naziri vəzifəsində çalışıb.
19 oktyabr 2026-cı ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.
Təltifləri: "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı (2023).
Ailəlidir, 2 övladı var.