AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
  • Azərbaycan
    • Ümummilli Lider
    • Prezident
    • Tarix
    • Ərazi
    • Konstitusiya
    • Bayramlar
    • Qan yaddaşı
    • Vətən müharibəsi
  • Xəbərlər
    • Bütün xəbərlər
    • Görüşlər
    • Tədbirlər
    • Səfərlər
    • Mətbuat xidmətinin məlumatı
    • Mətbuat xidmətinin bülletenləri
    • Nazirlər Kabineti yanında Operativ Qərargah
  • Sənədlər
    • Bütün sənədlər
    • Qərarlar
    • Sərəncamlar
    • Məktublar
  • Rəhbərlik
    • Azərbaycan Respublikasının Baş naziri
    • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
  • Nazirlər kabineti
    • Səlahiyyətləri
    • İş qaydası
    • Azərbaycan Respublikası Nazirlər Kabineti
    • Mərkəzi İcra hakimiyyəti orqanları
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Statusu
  • Nazirlər kabinetinin aparatı
    • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
  • Müraciətlər
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
    • Qəbula yazılmaq
    • Müraciət
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
  • Əlaqə
  • AZ
    • AZ
    • EN
    • RU
AZ
  • AZ
  • EN
  • RU
Əlaqə
  • Azərbaycan
    • Ümummilli Lider
    • Prezident
    • Tarix
    • Ərazi
    • Konstitusiya
    • Bayramlar
    • Qan yaddaşı
    • Vətən müharibəsi
  • Xəbərlər
    • Bütün xəbərlər
    • Görüşlər
    • Tədbirlər
    • Səfərlər
    • Mətbuat xidmətinin məlumatı
    • Mətbuat xidmətinin bülletenləri
    • Nazirlər Kabineti yanında Operativ Qərargah
  • Sənədlər
    • Bütün sənədlər
    • Qərarlar
    • Sərəncamlar
    • Məktublar
  • Rəhbərlik
    • Azərbaycan Respublikasının Baş naziri
    • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
  • Nazirlər kabineti
    • Səlahiyyətləri
    • İş qaydası
    • Azərbaycan Respublikası Nazirlər Kabineti
    • Mərkəzi İcra hakimiyyəti orqanları
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Statusu
  • Nazirlər kabinetinin aparatı
    • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
  • Müraciətlər
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
    • Qəbula yazılmaq
    • Müraciət
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Məktublar
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib

Məktublar 06 Fevral 2023 - 10:40
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin Vitse-prezidenti Fuat Oktaya  başsağlığı məktubu ünvanlayıb. Məktubda faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyü vurğulanıb.

Yaponiyanın Baş naziri Fumio Kişida Baş nazir Əli Əsədova təşəkkür məktubu ünvanlayıb

Məktublar 12 Avqust 2022 - 14:15
Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar ona başsağlığı məktubu ünvanladığına görə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür edib. Təşəkkür məktubunda F.Kişida cari ilin sentyabr ayında Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyinin qeyd olunacağını xüsusi vurğulayıb. İki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq münasibətlərinin inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub. Yaponiyanın Baş naziri bildirib ki, Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərini inkişaf etdirmək üçün çalışmış Ş.Abenin iradəsinin davamçısı olaraq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

Pakistanın Baş naziri Şahbaz Şərif Baş nazir Əli Əsədova məktub ünvanlayıb

Məktublar 07 İyul 2022 - 09:15
Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun təbrik məktubuna cavab olaraq Ə.Əsədova məktub ünvanlayıb. Pakistanın Baş naziri Şahbaz Şərif təbrik məktubunda iki ölkə arasında qardaşlıq münasibətlərinin ötən dövr ərzində siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın artması ilə möhkəm və çoxşaxəli tərəfdaşlığa çevrildiyini məmnunnuqla bildirib. Vurğulanıb ki, Pakistan keçmiş Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyib. Pakistanın hər iki xalqın mənafeləri naminə Azərbaycan ilə əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğu diqqətə çatdırılıb

Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubları ünvanlanıb

Məktublar 04 İyun 2022 - 17:15
Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun ünvanına təbrik məktubları gəlməkdə davam edir. İran İslam Respublikasının Birinci vitse-prezidenti, Qətər Dövlətinin, Qayana Kooperativ Respublikasının və Şri-Lanka Demokratik Sosialist Respublikasının hökumət başçıları, həmçinin Dominikan Respublikasının Prezidenti Baş nazir Əli Əsədova təbriklərini çatdırıblar.

Ukraynanın Baş naziri Denis Şmıqal Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədovu təbrik edib

Məktublar 02 İyun 2022 - 09:33
Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb. Məktubda qeyd edilir ki, Ukrayna Azərbaycan ilə əməkdaşlığa xüsusi diqqət ayırır. Bildirilir ki, Ukrayna Hökuməti Azərbaycan Hökuməti ilə qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əlaqələrin həyata keçirilməsinə hazırdır. Ukrayna əhalisinin və məcburi köçkünlərin ehtiyacları üçün Azərbaycan tərəfindən göstərilən humanitar yardımın, həmçinin Ukraynada əkin işlərinin təmin edilməsi üçün əlavə yanacağın ayrılması yüksək qiymətləndirilir. Məktubda Ukrayna-Azərbaycan əməkdaşlığının qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf etməyə davam edəcəyinə əminlik ifadə olunur.

Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədovun ünvanına təbriklər gəlməkdə davam edir

Məktublar 02 İyun 2022 - 09:30
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir.   Maldiv Respublikasının Prezidenti, Latviya Respublikasının, Monteneqronun, Küveyt Krallığının, Bəhreyn Krallığının və Vyetnam Sosialist Respublikasının hökumət başçıları Baş nazir Əli Əsədovu təbrik ediblər.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədovu təbrik edib

Məktublar 28 May 2022 - 10:30
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu Müstəqillik Günü münasibətilə təbrik edib

Məktublar 27 May 2022 - 16:00
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May - Müstəqillik Günü münasibətilə Gürcüstanın, Rusiya Federasiyasının, Macarıstanın Baş nazirləri, Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, həmçinin Belarus Respublikasının, Özbəkistan Respublikasının, Qırğız Respublikasının, Serbiya Respublikasının, Polşa Respublikasının, Bolqarıstan Respublikasının, Çex Respublikasının, Litva Respublikasının, Rumıniyanın, Myanma İttifaqı Respublikasının hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb. Təbrik məktublarında Azərbaycan ilə adıçəkilən ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı məmnunluqla qeyd edilib, ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib

Məktublar 14 Yanvar 2022 - 10:50
Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb. Baş nazir məktubunda bildirib: “Müstəqillik tariximizdə diplomatik əlaqələr yaratdığımız ilk dövlət olan Türkiyə ilə Azərbaycanı dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən irəli gələn sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz ötən dövrdə böyük inkişaf yolu keçərək xüsusilə də son illər ərzində dövlət başçılarımızın qətiyyətli səyləri ilə dayanıqlı strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə çatıb”. Məktubda vurğulanıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı bütün dünya buna bir daha əmin oldu. Zəfər yürüşünün ilk günlərindən Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş Türkiyə tərəfinə minnətdarlıq bildirilib, Azərbaycanın da öz növbəsində bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu vurğulanıb. 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Türkiyə müttəfiqlik, dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib

Məktublar 26 Noyabr 2021 - 11:10
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb. Baş nazir Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib. Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb

Məktublar 28 Oktyabr 2021 - 18:46
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb. İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

İranın Birinci vitse-prezidenti Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb

Məktublar 26 Oktyabr 2021 - 17:50
İran İslam Respublikasının Birinci vitse-prezidenti Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Məktubda Məhəmməd Peyğəmbərin mövludu münasibətilə təbriklər çatdırılıb, şərafətli Azərbaycan xalqına müvəffəqiyyətlər və izzət arzulanıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Baş nazir Əli Əsədovu müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib

Məktublar 19 Oktyabr 2021 - 17:18
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova ölkəmizin müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda İ.Qaribaşvili Gürcüstanın iki ölkə arasında əsrlər boyu formalaşmış dostluq əlaqələrinə və strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Vurğulanıb ki, Gürcüstan hər iki ölkənin və regionun rifahı naminə Azərbaycan ilə mövcud yüksək səviyyəli strateji tərəfdaşlığı və dostluq münasibətlərini daha da dərinləşdirməyə və inkişaf etdirməyə hazırdır.

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib

Məktublar 09 Oktyabr 2021 - 14:57
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb. Baş nazir Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar Gürcüstanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb

Məktublar 27 Sentyabr 2021 - 15:20
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Anım Günü münasibətilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb. Məktubda sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edildiyi bildirilərək düz bir il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimizin olduğu vurğulanıb. Bu namərd təxribata cavab olaraq təcavüzə birdəfəlik son qoymaq məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qəhrəman Azərbaycan Ordusunun tarixi Zəfər yürüşünə başladığı, 44 gün ərzində düşmən ordusunu məhv edərək əzəli torpaqlarımızı işğaldan azad etdiyi qeyd olunub. Vətən Müharibəsində Azərbaycana verilən böyük dəstəyə görə qardaş Türkiyəyə dərin təşəkkür ifadə edilib. Müharibənin ilk saatlarından Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, Vitse-prezident Fuat Oktay da daxil olmaqla Türkiyə rəhbərliyinin və bütün qardaş türk xalqının Azərbaycanla həmrəy olmasının ölkəmizin öz haqq işində yalnız olmadığını dünyaya göstərdiyi bildirilib. Fuat Oktayın çoxsaylı açıq və sərt bəyanatlarının, məsələyə qəti və birmənalı münasibətinin Azərbaycanda böyük minnətdarlıq və iftixar hissi ilə qarşılandığı, əsl qardaşlıq nümunəsi kimi dəyərləndirildiyi vurğulanıb. Bildirilib ki, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi düşmən üzərində şanlı Qələbənin qazanılmasında önəmli rol oynamış, Azərbaycan ilə Türkiyənin “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanında olduğunu, birliyimizin və qardaşlığımızın sarsılmazlığını bir daha nümayiş etdirmişdir. Eyni zamanda, Azərbaycanın da, öz növbəsində, həm sevincli, həm də kədərli günlərdə daim Türkiyənin yanında olduğu qeyd edilib.  

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Müstəqillik Günü münasibətilə təbrik edib

Məktublar 26 May 2021 - 12:20
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələrin, strateji tərəfdaşlığın məmnunluq doğurduğu vurğulanıb. Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəyinə əminlik ifadə olunub.

Baş nazir Əli Əsədov İrakli Qaribaşvilini Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib

Məktublar 24 Fevral 2021 - 11:50
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb. Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.

Baş Nazir Əli Əsədov Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb

Məktublar 02 Noyabr 2020 - 14:24
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb. Baş Nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Baş Nazir Giorgi Qaxariyanı təbrik edib. Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik idafə olunub.

Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb

Məktublar 29 Oktyabr 2020 - 10:50
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb. Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Fuat Oktayı və qardaş türk xalqını təbrik edib. Baş Nazir, həmçinin məktubunda Türkiyənin Vitse-prezidentini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə əlaqədar son hadisələr barədə məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı vəhşiliklərini və hərbi cinayətlərini pislədiyinə, Azərbaycanın haqq işini dəstəklədiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş türk xalqına bir daha dərin təşəkkürünü bildirib. Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb.

BP-nin regional prezidenti Baş Nazir Əli Əsədova məktub ünvanlayıb

Məktublar 19 Oktyabr 2020 - 12:20
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova məktub ünvanlayıb. Məktubda Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda apardığı mübarizədə Azərbaycan xalqına dəstək ifadə edilib. Qəri Counz Gəncə şəhərinin və eləcə də Azərbaycanın digər şəhər və kəndlərinin son günlərdə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərin olması xəbərindən dərindən kədərləndiyini vurğulayıb, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyan bu dövrdə cari neft və qazın hasilatı və nəqli prosesinin fasiləsiz həyata keçirilməsini təmin etmək üçün bp heyəti tərəfindən bütün mümkün səylərin göstərildiyi qeyd olunub.

İsrailin Baş Naziri Benyamin Netanyahu Baş Nazir Əli Əsədovu Müstəqillik Günü münasibətilə təbrik edib

Məktublar 19 Oktyabr 2020 - 10:50
İsrailin Baş Naziri Benyamin Netanyahu Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Benyamin Netanyahu məktubunda İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqdan qürur duyduğunu vurğulayıb. Həmin tarixdən keçən 30 ilə yaxın müddət ərzində İsrail və Azərbaycan xalqlarının həqiqi dostluğuna əsaslanaraq iki ölkə arasında möhkəm münasibətlərin qurulduğu qeyd olunub. İsrailin Baş Naziri ümumi maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün birgə səylərin göstərilməsinə hazır olduğunu ifadə edib. Benyamin Netanyahu Azərbaycan xalqına inkişaf, sabitlik və firavanlıq arzulayıb.

Gürcüstanın Baş Naziri Azərbaycan Respublikasının Baş Nazirinə təbrik məktubu göndərib

Məktublar 18 Oktyabr 2020 - 18:10
Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Gürcüstan hökuməti və şəxsən öz adımdan Sizi Azərbaycanın Müstəqilliyi günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan həm sosial-iqtisadi, həm də beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsi baxımından fəxarətli yol keçmişdir. Bizim ümumi səylərimiz nəticəsində Gürcüstan və Azərbaycan Respublikası arasında sarsılmaz strateji tərəfdaşlıq münasibətləri formalaşmışdır və dostluq ruhu daşıyan bu tərəfdaşlığımız ikitərəfli və çoxtərəfli səviyyədə ümumi məqsəd və maraqlarımızla daha da möhkəmlənməkdədir. Əminəm ki, münasibətlərimizin daha da genişlənməsi və strateji tərəfdaşlığımızın dərinləşməsi üçün biz öz sıx əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik. Sizə öz dərin ehtiramımızı izhar edir və Sizə və qardaş Azərbaycan xalqına sülh, uğurlar və əmin-amanlıq diləyirəm”.

Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb

Məktublar 15 Oktyabr 2020 - 14:11
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 15-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb. Məktubda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə son məlumatlar verilib. Xüsusi vurğulanıb ki, təxribatın ilk saatlarından etibarən qardaş Türkiyə bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləyib və hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib. Türkiyə Respublikasının Prezidenti və Vitse-prezidentinin, müvafiq dövlət qurumlarının rəhbərlərinin, parlament üzvlərinin və ümumiyyətlə, bütün qardaş türk xalqının Ermənistanın təcavüz aktına qəti və birmənalı münasibət bildirməsi Azərbaycanın öz haqq işində yalnız olmadığının göstəricisi kimi qiymətləndirilib.

Baş Nazir Əli Əsədov Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb

Məktublar 15 Oktyabr 2020 - 11:30
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 14-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb. Məktubda Gürcüstanın Baş Naziri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı məlumatlandırılıb. Xüsusi vurğulanıb ki, humanitar atəşkəsə dair razılıq əldə edildikdən bir gün sonra Ermənistan silahlı qüvvələrinin gecə saatlarında Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını “SCUD” raket sistemindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 10-u qadın, 9-u uşaq olmaqla 34 nəfər yaralanıb. Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə zərbə endirmək cəhdinə Gürcüstan Xarici İşlər nazirliyinin dərhal münasibət bildirməsinin təqdirəlayiq olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, iki ölkənin üzləşdiyi münaqişələrin beynəlxalq hüququn prinsip və normaları, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında, habelə beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarına uyğun olaraq həll olunması məsələsində bir-biri ilə həmrəylik göstərir.  

Baş Nazir Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib

Məktublar 26 Sentyabr 2020 - 15:27
Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayı ölkəsinin Qara dənizdə təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik edib

Məktublar 22 Avqust 2020 - 13:00
Avqustun 21-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya ölkəsinin Qara dənizdə nəhəng təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Baş Nazir bu tarixi nailiyyətin Türkiyənin iqtisadiyyatının səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, qardaş Türkiyə xalqının rifahının daha da yüksəlməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib. Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin hər iki xalqın tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan iradəsindən qaynaqlandığı bildirilib.

Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında Qurban bayramı münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib

Məktublar 07 Avqust 2020 - 11:50
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında Qurban bayramı münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib. Baş Nazir Əli Əsədov məktubunda Türkiyənin Vitse-prezidenti və qardaş Türkiyə xalqını dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Baş Nazir Əli Əsədov Fuat Oktaya möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına bol ruzi və xeyir-bərəkət arzulayıb. Türkiyənin Vitse-prezidenti Fuat Oktay məktubunda Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq tellərindən güc alaraq inkişaf edən ikitərəfli strateji əməkdaşlığın bütün sahələrdə daha da möhkəmləndirilməsi istiqamətində iki ölkənin hökumətləri arasında mövcud olan həmrəyliyi yüksək qiymətləndirib. Vitse-prezident Fuat Oktay Türkiyənin qardaş Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək istiqamətində qətiyyətli mübarizəsini bundan sonra da dəstəkləyəcəyini deyib. “Bu məsələ ilə əlaqədar qərarlığımızı can Azərbaycana qarşı son günlərdə edilən hücumlar zamanı da dünyaya elan etdik”, - deyə Türkiyənin Vitse-prezidenti bildirib.   Vitse-prezident Fuat Oktay Baş Nazir Əli Əsədova möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və xoş günlər arzulayıb.

Baş Nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib

Məktublar 12 İyun 2020 - 12:04
İyunun 12-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə ölkəsinin Dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik məktubu göndərib. Baş Nazir Əli Əsədov dövlət başçılarının səyləri sayəsində çoxəsrlik təməli olan Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb. Məktubda, həmçinin Azərbaycan ilə Rusiya arasındakı qarşılıqlı faydalı əməkdaşlığın hər iki ölkənin xalqlarının mənafeyi naminə birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Baş Nazir Əli Əsədov Belarusun yeni Baş Nazirini təbrik edib

Məktublar 08 İyun 2020 - 19:55
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Roman Qolovçenkoya Belarus Respublikasının Baş Naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərib. Baş Nazir Əli Əsədov möhkəm dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsinin xüsusi məmnunluq doğurduğunu bildirib. Baş Nazir Azərbaycan ilə Belarus arasındakı qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduğunu bildirib.

Respublika Günü münasibətilə Baş Nazir Əli Əsədovun ünvanına təbriklər gəlməkdə davam edir

Məktublar 03 İyun 2020 - 17:34
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova 28 May - Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir. Türkiyə Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentləri, Ukraynanın, Xorvatiya Respublikasının, Rumıniyanın, Bosniya və Herseqovinanın, Yunanıstan Respublikasının, İndoneziya Respublikasının, Malayziyanın, Qətər Dövlətinin, Əlcəzair Xalq Demokratik Respublikasının, Laos Xalq Demokratik Respublikasının, Vyetnam Sosialist Respublikasının, Tailand Krallığının, Dominikan Respublikasının hökumət başçıları, həmçinin Əbu-Dabinin Vəliəhdi Baş Nazir Əli Əsədovu təbrik ediblər.

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədovu Respublika Günü münasibətilə təbrik edib

Məktublar 27 May 2020 - 14:14
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova 28 May - Respublika Günü münasibətilə Rusiya Federasiyasının, Gürcüstanın, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının, Belarus Respublikasının, Moldova Respublikasının, Latviya Respublikasının, Macarıstanın, Polşa Respublikasının, Serbiya Respublikasının, Bolqarıstan Respublikasının, Çex Respublikasının və Misir Ərəb Respublikasının hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb. Təbrik məktublarında hökumət başçıları ölkələri ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Baş Nazir Əli Əsədov Ukraynanın yeni Baş Nazirini təbrik edib

Məktublar 06 Mart 2020 - 14:08
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Denis Şmıqala Ukraynanın Baş Naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir: “Ukraynanın Baş Naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrədir. İkitərəfli əlaqələrimizin, strateji əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımlar atacağımıza ümidvar olduğumu bildirirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

Azərbaycanın Baş Naziri Qazaxıstanın Baş Nazirinə başsağlığı verdi

Məktublar 27 Dekabr 2019 - 16:14
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş Naziri Askar Maminə başsağlığı məktubu göndərib. Məktubda deyilir:“Hörmətli Askar Uzakpayeviç, Almatı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqda xəbərdən olduqca kədərləndim. Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.    

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Gürcüstanın Baş Naziri vəzifəsində fəaliyyətə başlaması ilə əlaqədar Giorgi Qaxariyaya təbrik məktubu ünvanlayıb

Məktublar 11 Sentyabr 2019 - 12:36

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Estoniya Respublikasının Baş Naziri vəzifəsinə yenidən təyin olunması ilə əlaqədar Yuri Ratasa təbrik məktubu ünvanlayıb

Məktublar 21 May 2019 - 09:31

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması ilə əlaqədar Askar Maminə təbrik məktubu ünvanlayıb.

Məktublar 25 Fevral 2019 - 16:57
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Azərbaycan
  • Ümummilli Lider
  • Prezident
  • Tarix
  • Ərazi
  • Konstitusiya
  • Bayramlar
  • Qan yaddaşı
  • Vətən müharibəsi
Xəbərlər
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
Sənədlər
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar
Rəhbərlik
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
Şura və komissiyalar
  • Hökumətlərarası Komissiyalar
Nazirlər kabineti
  • Səlahiyyətləri
  • İş qaydası
  • Azərbaycan Respublikası Nazirlər Kabineti
  • Mərkəzi İcra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Statusu
Nazirlər kabinetinin aparatı
  • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
Müraciətlər
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
  • Qəbula yazılmaq
  • Müraciət
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Azərbaycan
  • Ümummilli Lider
  • Prezident
  • Tarix
  • Ərazi
  • Konstitusiya
  • Bayramlar
  • Qan yaddaşı
  • Vətən müharibəsi
Xəbərlər
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
Sənədlər
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar
Rəhbərlik
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
Şura və komissiyalar
  • Hökumətlərarası Komissiyalar
Nazirlər kabineti
  • Səlahiyyətləri
  • İş qaydası
  • Azərbaycan Respublikası Nazirlər Kabineti
  • Mərkəzi İcra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Statusu
Nazirlər kabinetinin aparatı
  • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
Müraciətlər
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
  • Qəbula yazılmaq
  • Müraciət
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
© Nazirlər Kabineti 2022 Bütün hüquqlar qorunur