AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 16 Oktyabr 2020 - 10:03   
    Nazirlər Kabinetinin 396 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/4850/

     



    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 №li Qərarına əsasən:

    Azərbaycan Respublikasının ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək:
    - məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilir;
    - məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.

    Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və özəl təhsil müəssisələrinin təsisçilərinə Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapırılır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018