AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 17 Oktyabr 2020 - 17:11   
    Nazirlər Kabinetinin 398 nömrəli Qərarına dair IZAH

    https://nk.gov.az/az/document/4854/

     



    Bildiyimiz kimi psixoloji yardımın bir çox növləri və formaları bütün dünyada olduğu kimi Azərbaycanda da şəxslərə ödənişli əsaslarla göstərilir. Eyni zamanda məktəblililər, əlillər, veteranlar və digər şəxsləri əhatə edən elə əhali qrupları vardır ki, onlara pulsuz psixoloji yardım göstərilməlidir. Bunu nəzərə alaraq ödənişsiz klinik psixoloji yardımın dövlət səhiyyə müəssisələri tərəfindən göstərilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda sənəddə həmin qrup əhaliyə ödənişsiz psixoloji yardımın hansı qaydada və ardıcıllıqla veriləcəyi bildirilmişdir. Bundan başqa sənəddə təcili və təxirəsalınmaz hallarda (fövqəladə hallar, müharibə və s.) Azərbaycan Respublikası vətəndaşlarına ödənişsiz psixoloji yardımın göstərilməsi qeyd edilmişdir. Beləliklə ölkə üçün geniş sahəni (təhsil, səhiyyə, cəza çəkmə müəssisələri, sosial xidmət müəssisələri və s.) əhatə edən ödənişsiz psixoloji yardım nəzərdə tutulmuşdur. Sənəddə eyni zamanda insan alveri və məişət zorakılığına məruz qalan şəxslərlə bağlı qəbul edilmiş dövlət proqramlarına əsasən ödənişsiz psixoloji yardımın göstərilməsi nəzərdə tutulur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018