AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 03 Noyabr 2020 - 19:40   
    Baş Nazirin müavini Şahin Mustafayev Əfqanıstan səfirliyində Hökumət adından başsağlığı verib


    Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev noyabrın  3-də Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, müvəqqəti işlər vəkili Əziz Rəhman Faiq ilə görüşüb.

    Baş Nazirin müavini Kabil şəhərindəki təhsil mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Respublikası Hökuməti adından həlak olanların ailələrinə, Əfqanıstan Hökumətinə və qardaş Əfqanıstan xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

    Baş Nazirin müavini səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018