AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 26 Dekabr 2020 - 18:50   
    Azərbaycan Investisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib


    26 dekabr 2020-ci il tarixində Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilmişdir. 

    İclasda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş və növbəti mərhələdə veriləcək Portfel Şirkətlərin korporativ idarə edilməsinə dair prinsip və yanaşmalar, idarəetmə modelləri, struktur və fəaliyyət prinsipləri və dövlət şirkətlərinə dair cari məsələlər müzakirə edilmişdir.

    Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası tərəfindən Portfel Şirkətlərin korporativ idarə edilməsinə dair müvafiq qərarlar qəbul olunmuşdur. 


     

     







    © Nazirlər Kabineti 2008 - 2018