AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 22 Yanvar 2021 - 14:35   
    2021-ci il fevralın 1-dən etibarən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi əyani formada, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin ediləcək


    Nazirlər Kabinetinin 12 № li Qərarına dair izah

    https://nk.gov.az/az/document/5100/

     

    Azərbaycan Respublikasının Təhsil Nazirliyi baş dövlət sanitariya həkiminin və ya  Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında, 2021-ci il fevralın 1-dən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesini əyani formada, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edəçək.

    Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tədris və təlim-tərbiyə prosesi əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə eyni qərarlar qəbul edirlər.

    Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018