AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 29 Yanvar 2021 - 10:32   
    Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi


    Nazirlər Kabinetinin 13 № li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5107/

    Nazirlər Kabineti ezamiyyə xərcləri ilə bağlı müvafiq normativ aktda dəyişiklik edib. Dəyişikliyə əsasən bundan sonra ölkə daxilində ezamiyyə dövründə mehmanxana xərcləri barədə təsdiqləyici sənədlər olmadığı hallarda da xərclərin 1 günlük normasının 80 faizi mehmanxana xərcləri kimi rəsmiləşdiriləcək.

    Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, xərclərin 1 günlük normasının 50 faizi ödənilirdi.

    Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manatdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018