AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 19 Mart 2021 - 18:32   
    Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının iclası keçirilib


    2021-ci il 18 mart tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının videokonfrans formatında iclası keçirilmişdir.

    İclas zamanı ölkəmizə gətirilən humanitar yardımların qəbulu, təyinatı üzrə paylanılması, uçotu, nəzarətin həyata keçirilməsi və bunlarla bağlı digər işlərin təşkil edilməsinə dair bir sıra məsələlər müzakirə edilmişdir.

    İclasda irəli sürülmüş təkliflərə dair Komissiya üzvləri tərəfindən müzakirələr aparılmış, və iclasın yekunu olaraq Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni Əsasnamə layihəsinin qəbulu və Katibliyinin yaradılması istiqamətində işlərin sürətli davam etdirilməsi qərara alınmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018