AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 31 Mart 2021 - 19:14   
    Ərzaq balansının tərtib olunması Qaydası təkmilləşdirildi


    Nazirlər Kabinetinin 80 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5229/

     

    Qərarla ərzaq balansının tərtib olunması Qaydası yeni tələblərə uyğunlaşdırılmış, və tədbirlər planı üzrə ərzaq balansının tərtib olunması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin beynəlxalq təcrübə əsasında ərzaq balansının hesablanması metodologiyasının, istehsal, idxal və ixrac olunan buğdanın təyinatı və siniflər üzrə bölgüsü barədə dəqiq məlumatları əldə etmək məqsədilə mövcud təsnifat sistemlərinin təkmilləşdirilməsi, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” vasitəsilə buğdanın istehsalı və anbar qalıqları barədə məlumatların dəqiqləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcəkdir.

    Bununla da ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində istifadə olunan məlumatların keyfiyyətinin daha da artırılması hesabına ərzaq məhsullarının istehsalı və təchizatı ilə bağlı effektiv qərarların qəbul edilməsinə imkan yaradacaqdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018