AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 01 Aprel 2021 - 15:37   
    “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edildi  


     

    Nazirlər Kabinetinin 82 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5231/

     

    Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi və bu sahədə Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələrdə fərqli müddəaları nəzərə alaraq, bundan sonra alternativ və bərpa olunan enerji sahəsində elektrik enerjisinin alqı-satqısına dair müqavilələr Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmaqla, fərqli formada bağlanıla bilər.

    Bu zaman şəbəkəyə qoşulmaya dair texniki şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur, eyni zamanda şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018