AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 12 May 2021 - 11:00   
    Baş nazir Əli Əsədov Tatarıstan Prezidenti Rüstəm Minnixanova başsağlığı verib


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova Kazandakı məktəbdə baş verən atışma nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.

    Məktubda Tatarıstan Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.

    Baş nazir, həmçinin faciə nəticəsində yaralananlara şəfa diləyib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018