AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 17 May 2021 - 10:30   
    Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısında dəyişiklik edildi


    Nazirlər Kabinetinin 146 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5327/

     

     Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur.

    Bu təqaüdün verilməsi üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

      - əmək kitabçasının surəti;

      - fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018