AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 26 May 2021 - 17:30   
    Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası təsdiq edildi


    Nazirlər Kabinetinin 149 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5335/

     

    Qaydaya əsasən reabilitasiya müəssisələrinin strukturu və əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbul edilməsi və müəssisədən çıxarılması qaydaları müəyyən edilir. 

    Bununla yanaşı dövlət reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərin tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və peşə-əmək tədbirlər sistemi vasitəsilə reabilitasiyasının aparılması müəyyən olunmuşdur.

    Əlillyi olan şəxslər Fərdi Reabilitasiya Proqramında təsdiq olunmuş reabilitasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə reabilitasiya müəssisələrinə qəbul edilirlər. Məssisəyə qəbula ən azı 2 (iki) iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) göndərilir.

    Həmçinin qaydada əlilliyin erkən diaqnostikası, sağlamlığın qorunması tədbirləri, ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılması, sağlam həyat tərzinin və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, istehsalat zədələrinin, peşə xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə (dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında müvafiq ödənişli xidmətlər göstərilməsi əks olunmuşdur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018