AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 07 Iyun 2021 - 20:15   
    Yekun dövlət attestasiyası ali təhsil və orta ixtisas təhsili müəssisələrində Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə əsasən keçiriləcək


    Nazirlər Kabinetinin 158 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5355/

    Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ali və orta ixtisas təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilmiş və sanitar-epidemioloji vəziyyətlə bağlı davam etdirilmişdir. Yalnız bəzi praktiki bacarıqların əldə olunması tələb olunan fənlər üzrə dərslər əyani formada təşkil edilmişdir.

    Cari ilin iyun-iyul aylarında ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyası ilə yanaşı buraxılış kurslarında təhsilalanların yekun dövlət attestasiyasının da keçirilməsi imtahan prosesinin təşkili zamanı vaxt, maddi-texniki, eləcə də müəllim təminatı baxımından bir sıra problemlərin yaranmasına səbəb olacaqdır.

    Nazirlər Kabinetinin qəbul edilmiş Qərarında yaranmış vəziyyətlə əlaqədar yekun dövlət attestasiyasının ali təhsil müəssisələrində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla) və orta ixtisas təhsili müəssisələrində Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə əsasən keçirilməsi nəzərdə tutulmuşdur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018