AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 12 Iyun 2021 - 11:29   
    Doktoranturalar yaradılan ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısında dəyişiklik edildi


     

    Nazirlər Kabinetinin 168 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5374/

    AMEA-nın Biofizika İnstitutu 2016-cı ildən etibarən biofizika sahəsində  fundamental  və innovasiya xarakterli tətbiqi elmi tədqiqat işlərinin həyata keçirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.  İnstitutda AMEA-nın 2 müxbir üzvü, 4 elmlər dok­toru və 6 fəlsəfə dok­toru çalışır.

    İnstitutun ən mühüm vəzifələrindən biri yeni elmi istiqamət olan biofizika sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasıdır. 2017-ci ildən etibarən Biofizika İnstitutunun alim və mütəxəssisləri tərəfindən magistratura pilləsi üzrə, eləcə də fəlsəfə və elmlər doktoru hazırlığı üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə başlanılmışdır. Lakin İnstitutda doktorantura mövcud olmadığı üçün yüksəkixtisaslı kadrların hazırlanması işi AMEA-nın və respublikanın digər elmi müəssisələrində məqsədli sifarişlər əsasında həyata keçirilmişdir. Bu da bir sıra hallarda kadr hazırlığını institutun tələbləri səviyyəsində həyata keçirməyə mane olur.

    Mövcud maddi-texniki bazasını, magistratura və doktorantura təhsil pillələri üzrə kadr hazırlığı sahəsində qazandığı təcrübəni nəzərə alaraq, AMEA-nın Biofizika İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə 2406.01 – Biofizika (biologiya, tibb, fizika, texnika), 2406.02 – Biokimya (biologiya, kimya, tibb, texnika, aqrar elmlər), 2424.01 - Riyazi biologiya, bioinformatika (biologiya, riyaziyyat) ixtisasları üzrə doktoranturanın yaradılması və bununla bağlı Nazirlər Kabinetinin müvafiq Qərarının qəbul edilməsi məqsədəuyğun sayılır.

    Qərarın qəbul ediməsi  Biofizika İnstitutunda  doktorant və dissertantların hazirlanmasının həyata keçirilməsinə imkan yaradır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018