AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 22 Iyul 2021 - 20:03   
    Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası təsdiq edildi


     

    Nazirlər Kabinetinin 215 № li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5471/

     

    Qərar ““Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında verilmiş tapşırığa uyğun hazırlanmışdır.

    Qayda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən uyğunluq sertifikatının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması prosedurlarını tənzimləyir.

    Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestri istehsalçı, idxalçı və ticarət nümayəndələrinin, eyni zamanda istehlakçıların malın, onunla əlaqəli prosesin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğu barədə məlumatların daha operativ əldə edilməsinə şərait yaradır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018