AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 22 Iyul 2021 - 20:04   
    Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları təstiq edildi


    Nazirlər Kabinetinin 216 № li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5472/

     

    Qərar ““Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında verilmiş tapşırığa uyğun hazırlanmışdır.

    Bu Qərarla təsdiq edilmiş qaydada uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş uyğunluq sertifikatları, müəyyən olunmuş qaydada tanınmış xarici mənşəli uyğunluq sənədləri və təsərrüfat subyektlərinin tərtib etdiyi uyğunluq bəyannamələri ilə təmin edilmiş mallara, onunla əlaqəli proseslərə və istehsal metodlarına uyğunluq nişanının tətbiqi prosedurlarını tənzimlənir.

    Qərarın qüvvəyə minməsi təsərrüfat subyekti tərəfindən  uyğunluq nişanının daha operativ tətbiqini təmin edir və istehlak olunan malların müvafiq texniki reqlamentə uyğunluğunu göstərir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018