AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 21 Avqust 2021 - 16:00   
    Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydasında dəyişikliklər edildi


    Nazirlər Kabinetinin 233 № li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5503/

    Qərar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 274-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”ndə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

    Qərar Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hüquqi qorunması və qeydiyyatı üzrə müvafiq hüquqi prosedurları müəyyən edir. Azərbaycan folkloru nümunələrində və Azərbaycanın ənənəvi biliklərindən ölkəmizdə və xaricdə istifadə olunarkən bəzi hallarda həmin nümunələrin mənbəyi, mənsub olduğu xalqın və ya yarandığı coğrafi yerin adı dəqiq göstərilmir, yaxud yanlış göstərilir. Bu qərarın qəbul edilməsi ilə Azərbaycan folkloru nümunələrinin hüquqi qorunmasını təmin edən təsirli qorunma və müdafiə mexanizmlərinin yaradılması mümkün olacaq.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018