AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 24 Avqust 2021 - 12:26   
    Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi qaydalarına dəyişiklik edildi


    Nazirlər Kabinetinin 236 № li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5523/


    Nazirlər Kabinetinin Qərarı Dövlət Taxıl Fonduna tədarük olunan, saxlanılmağa qoyulan, Fonddan istifadəyə buraxılan və Fondun yeniləşdirilməsi zamanı taxıl üçün tələblərin yeni AZS 888:2020 “Buğda. Texniki şərtlər” dövlət standartına uyğunlaşdırılmasını özündə ehtiva edir.

    Sənədin tətbiq edilməsi, taxıl ehtiyatlarının yaradılması zamanı ərzaqlıq buğdanın yeni standartın tələblərinə uyğun tədarük edilməsinə, dövlət ehtiyatları kimi saxlanılan buğdanın keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsinə, nəticə etibarı ilə əhalinin daha keyfiyyətli un və çörək məmulatları ilə dayanıqlı təminatına imkan yaradacaqdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018