AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 13 Sentyabr 2021 - 19:10   
    Pandemiyadan ziyan görmüş şirkətlərə dəstək verilir


    Nazirlər Kabinetinin 266 №  li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5567/

     

    Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından, o cümlədən ləğv prosesində olan kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlərə 12 ay müddətində hesablanmış faizlər üzrə subsidiya verilir.

    Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 (on iki) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir.

    Həmin muddətlər ərzaqlıq buğda təchizatçılarına münasibətdə daha 12 ay uzadılaraq 24 ay müəyyən edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018