AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 21 Sentyabr 2021 - 19:18   
    Nazirlər Kabinetinin bir neçə qərarlarında dəyişikliklər edildi


    Nazirlər Kabinetinin 274 nömrəli Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5577/

     

    “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində Fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında”, “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”nin təsdiq edilməsi barədə”, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi barədə” və “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə” qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

    Belə ki, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin 3-cü maddəsinin dördüncü hissəsində “səhiyyə, daxili işlər orqanlarının,” sözləri “daxili işlər orqanlarının, tibb müəssisələrinin,” sözləri ilə və 5-ci maddəsinin birinci hissəsinin 22-ci bəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir. Həmçinin “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 28-ci maddəsinin birinci hissəsinin “a)” bəndində “səhiyyə orqanının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilmiş və onun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin “orqan (qurum)” qismində Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulmuşdur. Qeyd olunanlarla əlaqədar Nazirlər Kabinetinin sözügedən qərarlarına dəyişiklik edilməsi zərurəti yaranmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018