AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 14 Oktyabr 2021 - 16:33   
    İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası təsdiq edildi


    Nazirlər Kabinetinin 308 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5624/

     

    İcbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar yaradılmışdır.

    Məlumat bazası icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılır.

    Qəbul edilmiş Qərar icbari tibbi sığorta xidmətlərinin göstərilməsi ilə əlaqədar icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılmasını və istifadə qaydasını, həmin məlumat bazasına informasiya sistemlərinin və resurslarının inteqrasiyasını, məlumat mübadiləsinin təşkilini və məlumatlara buraxılış dərəcəsini tənzimləyir.

    Məlumat bazasının əsas istifadə məqsədi icbari tibbi sığorta üzrə xidmətlərin göstərilməsi üçün icbari tibbi sığortanın iştirakçıları barədə zəruri informasiyanın təminatından, icbari tibbi sığorta ilə əlaqədar proseslərin elektron formada idarə edilməsindən ibarətdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018