AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 14 Oktyabr 2021 - 16:35   
    Peşə təhsili üzrə ixtisasların Təsnifatında dəyişikliklər edildi


    Nazirlər Kabinetinin 310 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5625/

     

    Azərbaycan Respublikasının dinamik inkişaf edən iqtisadiyyatının peşə-ixtisas kadrlarına tələbatının daha dolğun ödənilməsi, əhaliyə göstərilən texniki peşə təhsili xidmətlərinin günün tələbləri səviyyəsində qurulmasının təmin edilməsi üçün peşə təhsili üzrə ixtisasların təsnifatının təkmilləşdirilməsi zərurətini yaradır.

    Bununla əlaqədar olaraq, müvafiq sahədə fəaliyyət göstərən işəgötürənlərin və onların assosiasiyaları ilə sıx əlaqədə müəyyən edilmiş və beynəlxalq təcrübədə peşə təhsili pilləsi üçün uyğun olan “Kosmetologiya” ixtisas qrupu və bu qrupa daxil olan “Kosmetoloq, texnik”, “Kosmesevt”, “Masajist” ixtisasları, həmçinin müxtəlif ixtisas qrupları üzrə “Avtomobil diaqnostikası və təmiri ustası”, “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı”, “Üzümçülük və şərab ustası”, “Mebel ustası”, “Qrafik dizayner”, “Kompüter şəbəkə inzibatçısı”, “İnormasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisaslarının “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na daxil edilməsini nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018