AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 18 Noyabr 2021 - 12:18   
    Qrant müqavilələrinin qeydə alınması Qaydasında dəyişiklik edildi


    Nazirlər Kabinetinin 355 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5701/

     

    “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.5-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

    Belə ki, Sərəncamda Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət” indeksi əsasında qiymətləndirilməsinin nəticələri əsasında dövlət xidmətlərinin təkmilləşdirilməsi mexanizminin yaradılması tapşırılmışdır.  Qərara əsasən dövlət xidmətlərinin göstərilməsi zamanı dövlət informasiya ehtiyatları və sistemlərində olan sənədlərin (məlumatların) vətəndaşlardan tələb edilmədən həmin informasiya ehtiyatları və sistemlərindən əldə edilməsi, bununla da dövlət xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı müddəası müəyyən edilir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018