AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 21 Dekabr 2021 - 18:55   
    Hökumət iqlim dəyişikliyi və onun təsirlərini müzakirə edib


    Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, dəyişikliklərə adaptasiya və təsirlərinin azaldılması məsələlərinə həsr olunmuş iclas keçirilib.

    İclasda hökumət üzvləri və bəzi şəhər və rayonların icra başçıları iştirak ediblər.

    İclasda iqlim dəyişiklikləri ilə bağlı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklər, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların təsirlərinin azaldılması istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi qeyd edildi.

    İqlim dəyişikliyinin kənd təsərrüfatına, sosial sahəyə təsiri, təbii fəlakətlər və onların qarşısının alınması, təbii ehtiyatlardan səmərəli istifadəyə dair məruzələr dinlənildi və müvafiq tapşırıqlar verildi.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018