AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 14 Fevral 2022 - 14:20   
    Baş nazir Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub


    Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında  telefon danışığı olub.

    Telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatlıq və həmrəylik ifadə edilib.

    Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018