AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 14 Aprel 2022 - 12:52   
    Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olundu


    Nazirlər Kabinetinin 152 № li Qərara dair izah

     https://nk.gov.az/az/document/6064/

     

    Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 152 nömrəli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:

     - Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;

     - Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

    Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018