AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Görüşlər | 14 Aprel 2022 - 22:20   
    Baş nazir Əli Əsədov Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə rəsmi səfərdə olan Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.

    Görüşdə Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Albaniya Baş nazirinin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

    Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək Cənub Qaz Dəhlizi layihəsinin birgə həyata keçirilməsinin önəmi qeyd edildi.

    Görüşdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olundu.  


     

     







    © Nazirlər Kabineti 2008 - 2018