AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 05 May 2022 - 18:41   
    Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısında dəyişiklik edildi


    Nazirlər Kabinetinin 180 № li Qərarına dair izah

    https://nk.gov.az/az/document/6111/

    Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarının ərazisindən keçən dövlət sərhəddində, işğaldan azad edilmiş Füzulu rayonunda yeni tikilmiş Füzuli Beynəlxalq Hava Limanında və fəaliyyətə başlaması nəzərdə tutulan Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqələrinin yaradıldığını, həmçinin bir neçə məntəqənin və yerləşdiyi ərazinin adının dəyişdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi zərurəti yaranmışdır.

    Qərara əsasən Azərbaycan Respublikasının digər dövlət sərhədindən buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədindən buraxılış məntəqələrinin də adları (sayı) və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018