AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 03 Iyun 2022 - 09:25   
    “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası təsdiq edildi  


    Nazirlər Kabinetinin 218 № li Qərarına dair izah

    https://nk.gov.az/az/document/6179/

     

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilmişdir.

    Qərar ilə təsdiq edilmiş Qaydada Dövlət Proqramı çərçivəsində xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının təhsil, viza, qeydiyyat, aylıq yaşayış, tibbi sığorta, beynəlxalq nəqliyyat və digər xərclərinin qarşılanması nəzərdə tutulmuşdur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018