AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Görüşlər | 29 Iyun 2022 - 14:10   
    Baş nazir Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 29-da Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Nuaimi ilə görüşüb.

    Görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulandı.

    İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

    Həmçinin Azərbaycan-Qətər əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.

    Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov və Nazirlər Kabineti Aparatının struktur rəhbərləri iştirak ediblər.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018