AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Görüşlər | 01 Iyul 2022 - 16:50   
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 1-də İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.

    Görüşdə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin Bakıda keçirilən iclasının əhəmiyyəti vurğulandı.

    Azərbaycan-İordaniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla qeyd edildi. İki ölkənin beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırıldı.

    Görüşdə Azərbaycan ilə İordaniya arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018