AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 01 Iyul 2022 - 18:20   
    Normativ aktlara Milli Müdafiə Universiteti ilə bağlı dəyişikliklər edildi


    Nazirlər Kabinetinin 252 № li Qərarına dair İzah

     https://nk.gov.az/az/document/6227/

    Ölkə Prezidentinin 2022-ci il 5 mart tarixli 1626 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsasında Müdafiə Nazirliyinin strukturunda xüsusi təyinatlı təhsil müəssisəsi olan Milli Müdafiə Universiteti, bu Universitetin tabeliyində isə Hərbi Elmi Tədqiqiat, Hərbi İdarəetmə və Heydər Əliyev adına Hərbi institutlar yaradılmışdır.

    Adı çəkilən Fərmanla nazirliyin sturukturuna daxil olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey sözügedən Universitetin tabeliyinə verilmişdir. Universitetin tabeliyində yaradılmış müvafiq institutlar Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Heydər Əliyev adına Hərbi İnstitut isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin əsasında yaradılmışdır.

    Qeyd olunanlarla əlaqədar Nazirlər Kabinetinin qərarlarına dəyişiklik edilməsi zərurəti yaranmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018