AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 03 Avqust 2022 - 18:52   
    Nazirlər Kabinetinin bir neçə qərarlarında dəyişikliklər edildi


    Nazirlər Kabinetinin 277 № li Qərarına dair izah

     https://nk.gov.az/az/document/6278/

     

    Nazirlər Kabinetinin 277 №-li Qərarı  “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununa uyğunlaşdırılmanı təmin etmək məqsədilə qəbul edilib. Qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.

    Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinin birinci abzasına “İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.” məzmununda ikinci cümlə əlavə edilib.

    Müvafiq yerlərdə “enerji resurslarından səmərəli istifadə” sözləri “enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi” sözləri ilə əvəz edilib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018