AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 11 Avqust 2022 - 19:03   
    Şuşada abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu təsdiq edildi

    Nazirlər Kabinetinin 296 №-li Qərarına dair izah

    (https://nk.gov.az/az/document/6317/)



         Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş bu Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq, həmin Qanunun tətbiqi barədə  Azərbaycan Respublikası Prezidentinin 2021-cil 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Qərar Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini müəyyən edir.

          Bununla da Şuşa şəhərinin hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin tətbiqinə zəmin yaradılmış olur.  


     

     







    © Nazirlər Kabineti 2008 - 2018