AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 17 Sentyabr 2022 - 13:32   
    Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası təstiq edilib


    Nazirlər Kabinetinin 354 №-li Qərarına dair izah

    https://nk.gov.az/az/document/6440/

    “Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli Qanununun tətbiqi barədə  Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli Fərmanının 1.1.5-ci  yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

    Qərarla “Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası” təsdiq edilir.

    Strateji ekoloji qiymətləndirmə  – ətraf mühitə və insan sağlamlığına potensial təsirlərin aşkarlanması, qarşısının alınması və ətraf mühitdən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə strateji sənədlərin, ərazi planlaşdırılması sənədlərinin ekoloji təhlükəsizlik baxımından sistemli qiymətləndirilməsini əhatə edir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018