Azərbaycan Respublikasi Nazirlər Kabinetinin
    rəsmi internet səhifəsi


    Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu təsdiq edildi

    30 Sentyabr 2022 - 16:16


    Nazirlər Kabinetinin 374 №-li Qərarına dair izah

    https://nk.gov.az/az/document/6463/

     

    Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında  elm və təhsil sahəsində  idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

    Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının  işçilərinin say həddi 3510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.



    Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi www.cabmin.gov.az