AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Görüşlər | 06 Oktyabr 2022 - 16:40   
    Baş nazir Əli Əsədov Moskvada İranın Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

    Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

    Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018