AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 31 Oktyabr 2022 - 13:30   
    Baş nazir Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi ilə görüşüb


    Oktyabrın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi Olqa Alqayerova ilə görüşüb.

    Görüşdə cari ildə Azərbaycanın BMT-yə üzv olmasının 30-cu ildönümünün qeyd edildiyi bildirildi, ölkəmizin BMT-nin strukturları və ixtisaslaşmış təşkilatları, o cümlədən Avropa İqtisadi Komissiyası ilə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə olundu.

    Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əldə etdiyi uğurlardan bəhs edildi.

    Görüşdə, həmçinin Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018