Azərbaycan Respublikasi Nazirlər Kabinetinin
    rəsmi internet səhifəsi


    Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayla görüşüb

    04 Noyabr 2022 - 16:00


    Noyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında təkbətək görüş olub.

    Görüş zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu.

    Bakı şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının və birgə biznes forumun əhəmiyyəti vurğulandı.

    F.Oktayın rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

    Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edildi.



    Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi www.cabmin.gov.az