Azərbaycan Respublikasi Nazirlər Kabinetinin
rəsmi internet səhifəsi
Baş nazir Əli Əsədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti ilə görüşüb
14 Noyabr 2022 - 17:20
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının (İSSA) prezidenti Məhəmməd Azman ilə görüşüb.
Görüşdə İSSA ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edildi.
Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verildi.
Görüş zamanı, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.
Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi www.cabmin.gov.az