AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 23 Noyabr 2022 - 17:30   
    Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub


    Noyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

    Telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb.

    Bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır.

    Türkiyənin Vitse-prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018