AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 29 Noyabr 2022 - 10:07   
    Mədəni irs obyektlərində təmir-bərpa işləri üzrə tikintidə üstəlik xərclərin və smeta gəlirinin normativləri müəyyən edildi


    Nazirlər Kabinetinin 422 №-li Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/6537/

     

    Qərarda, ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsilə əlaqədar mədəni irs obyektlərində (daşınmaz tarix və mədəniyyət abidələrində) təmir-bərpa işləri üzrə tikintidə üstəlik xərclərin və smeta gəlirinin normativləri müəyyən edilmişdir.

    Mədəni irs obyektlərində (daşınmaz tarix və mədəniyyət abidələrində) təmir-bərpa işləri üzrə üstəlik xərclərin və smeta gəlirinin normativləri müəyyən edilməklə həmin obyektlərin də smeta hesablamalarının avtomatlaşdırılması üzrə proqram təminatına daxil edilməsi və  istifadə olunması təmin ediləcəkdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018