Azərbaycan Respublikasi Nazirlər Kabinetinin
rəsmi internet səhifəsi
Daha iki kateqoriyadan olan tələbələr sosial təhsil tələbə krediti ala biləcəklər
20 Dekabr 2022 - 10:32
Nazirlər Kabinetinin 443 №-li Qərarına dair İzah
https://nk.gov.az/az/document/6581/
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə əhalinin sosial həssas qrupuna aid daha iki kateqoriyadan olan tələbələr - ailə başçısını itirməyə görə əmək pensiyası alanlar və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər -Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial təhsil tələbə krediti almaq hüququna malik şəxslərin siyahısına əlavə edilmişdir.
Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi www.cabmin.gov.az