AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 21 Dekabr 2022 - 18:31   
    Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsinə dair Qayda təsdiq edildi


    Nazirlər Kabinetinin 447 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/6589/

    Nazirlər Kabinetinin Qərarına əsasən aşağıdakılar nəzərdə tutulur:

    • Qərar 1-5-ci kateqoriya dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlar üzrə illik hesabatların tərtib edilməsi qaydasını müəyyən edir;
    • Qərarın məqsədi dövlət orqanlarında kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlar üzrə hesabatların vahid standart üzrə hazırlanmasının təmin edilməsidir;
    • İllik iş planının layihəsi dövlət orqanının kadr xidməti tərəfindən cari ilin dekabr ayının 1-dək tərtib edilir və dövlət orqanı rəhbərinə təqdim edilir. İllik iş planının layihəsi dövlət orqanının rəhbəri tərəfindən cari ilin dekabr ayının 15-dək təsdiq edilir.
    • İllik iş planına qurumda kadr işi ilə bağlı aparılan mühüm tapşırıqlar, tədbirlər daxil edilir;
    • Kadr xidməti tərəfindən başa çatmış təqvim ili üzrə illik hesabat növbəti ilin yanvar ayının 20-dək dövlət orqanı rəhbərinə təqdim edilir;
    • İllik hesabatda illik iş planı ilə müəyyən edilmiş hər bir tədbirin icrası barədə məlumat (tam icra olunması, səbəbi göstərilməklə qismən icra olunması və ya icra olunmaması) qeyd edilir.

     

     







    © Nazirlər Kabineti 2008 - 2018