AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 22 Dekabr 2022 - 20:06   
    İqtisadi Şuranın növbəti iclası keçirilib


    2022-ci il 22 dekabr tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamından irəli gələrək maliyyə-bank sistemində qanunvericilik aktlarına təklif olunan dəyişikliklərin layihələri ətraflı müzakirə olunub.

    İclasda Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzəsi dinlənilib və qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018