AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 13 Yanvar 2023 - 15:51   
    İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında vəzifələrin siyahısı təsdiq edildi


    Nazirlər Kabinetinin 7 №-li Qərarına dair İzah

     https://nk.gov.az/az/document/6635/

     

    Qərara əsasən, təqdim edilən siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il işləyən şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, həmçinin inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə biləcəklər.

    Siyahıda rəhbər vəzifələr və müvafiq sahələr üzrə mütəxəssis vəzifələri nəzərdə tutulmuşdur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018