AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 14 Fevral 2023 - 19:25   
    Baş nazir Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.

    Dubay Beynəlxalq Hava Limanında Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin ictimai inkişaf naziri xanım Hessa bint Essa Buhumaid və digər rəsmi şəxslər qarşıladılar.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018