AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 18 Fevral 2023 - 14:21   
    İqtisadi Şuranın növbədənkənar iclası keçirilib


    2023-cü il 18 fevral tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarından irəli gələn iqtisadi siyasət və digər cari məsələlər ətraflı müzakirə olunub.

    İclasda gündəlikdəki məsələlər üzrə Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

    İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018